Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu deputatlar da mandatsız qalacaq -SİYAHI

Bu deputatlar da mandatsız qalacaq


Növbəti parlament seçkilərində mandatsız qalacaq daha bir neçə nəfərin adı müəyyənləşib.

Newscenter.az-ın xəbərinə görə, Gəncə şəhərindən deputat seçilmiş Naqif Həmzəyev VII çağırış Milli Məclisdən kənarda qalacaq. Buna səbəb Naqif Həmzəyevin bir neçə dəfə müsahibələr və çıxışlar zamanı ciddi səhvə yol verməsi, dövlətçiliyimizin əsaslarına zərbə vura biləcək ifadələr işlətməsidir. Gənc deputatın yerli mətbuata verdiyi müsahibələrinin birində Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənu aşağılaması da yuxarı dairələrdə normal qarşılanmayıb. Bu səbəbdən Naqif Həmzəyevin növbəti parlament seçkilərində mandatdan kənar qalacağı bildirilir.

48 saylı Yevlax seçki dairəsindən deputat seçilmiş İlham Məmmədovun da adı VII çağırış Milli Məclisdən kənar qalacaq şəxslər sırasında çəkilir. İlham Məmmədovun mandatsız qalmasına səbəb olacaq bir neçə amil göstərilir. Birincisi, İlham Məmmədovun YAP Yevlax rayon təşkilatının sədri vəzifəsindən çıxarılmasından sonra partiyanın həyatında o qədər də fəal rol oynamaması ilə bağlıdır. İkincisi isə, yevlaxlı seçicilərin öz deputatlarından narazı qalmasıdır. Məlumata görə, hətta İlham Məmmədovu öz ata yurdu sayılan Səmədabad kəndində belə son parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası zamanı etirazla qarşılanmasıdır.



Anar Əliyev
Xəbəri paylaş