Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Azərbaycanın çox geniş imkanları var ki, bir logistik mərkəzə çevrilsin

Bu gün Azərbaycanın çox geniş imkanları var ki, bir logistik mərkəzə çevrilsin


BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündən bir neçə gün keçsə də, lakin sözügedən toplantı ətrafında hələ də müzakirələr, beynəlxalq KİV-də yazılar dərc edilir, onun əhəmiyyətindən danışılır.

Newscenter.az-ın xəbərinə görə, zirvə görüşü barədə fikirlərini ifadə edən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, bu gün Azərbaycan beynəlxalq təşəbbüslərə dəstək verən bir ölkə kimi müxtəlif qlobal məsələlərə həsr edilmiş konfransların, forumların keçirildiyi bir məkana çevrilib:

"Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Azərbaycanın da BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün nəzərdə tutulan xüsusi proqramında yer alması, təsadüfi deyil. Çünki yol, açıq dənizlərə çıxış Mərkəzi Asiya ölkələrinin sabit iqtisadiyyata malik olmaları üçün həyati əhəmiyyətə malikdir".

Ceyhun Məmmədovun sözlərinə görə, Azərbaycanın beynəlxalq təşəbbüslərə dəstək verən bir ölkə kimi müxtəlif qlobal məsələlərə həsr edilmiş konfranslar, forumların keçirildiyi bir məkana çevrilməsi ölkəmizin inkişafının, dünyada Azərbaycana artan inamın, etimadın göstəricisidir.

Ceyhun Məmmədov daha sonra bunları qeyd edib:

"Biz cənab prezidentin son səfərlərinin trayektoriyasına baxsaq, təkcə ötən il Orta Asiya ölkələrinə 15 dəfə səfər edib. Bu gün bizim prioritet hədəf və məqsədlərimizdən biri də Mərkəzi Asiya ilə əlaqələrimizin daha da möhkəmlənməsidir. Biz bu gün bu istiqamətdə çox ciddi tədbirlər həyata keçirməyə çalışmalıyıq ki, qarşımıza qoyduğumuz məqsədlərimizə nail olaq. Orta dəhlizlə bağlı, Zəngəzur dəhliziylə bağlı və digər məsələlərlə bağlı Azərbaycan öz planlarını həyata keçirmək üçün addımlarını atır. Bu gün əslində Azərbaycan həmin ölkələrin, Avropaya, Türkiyəyə, Gürcüstana bir qapı rolunu oynayır. Son illər Azərbaycanda nəqliyyat infrastrukturunu daha da genişləndirib. Bu gün Rusiya-Ukrayna müharibəsi fonunda bu istiqamətdə yüklərin daşınmasında artım özünü açıq şəkildə göstərir. Bu gün qardaş, dost əlaqələri nəzərə alınaraq əlbətdə ki, Asiya ölkələri də öz sərvətlərinin xaricə eksport olunmasında maraqlıdırlar. Bu gün Azərbaycanın çox geniş imkanları var ki, Azərbaycan bir logistik mərkəzə çevrilsin. Bunun üçün bizim artıq infrastrukturumuz hazırdır".

Anar Əliyev
Xəbəri paylaş