Qərbi Afrika Respublikası olan Sierra Leonedə komendant saatı tətbiq edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, buna səbəb sözügedən ölkədəki kazarmalara silahlı hücumun edilməsidir.
Məlumata görə, təhlükəsizlik qüvvələri silahlı hücumun qarşısını alıb. Ancaq hökumət növbəti hücum təhlükəsinin olma risqini nəzərə alaraq komendant saatı tətbiq edib. Həmçinin vətəndaşlara evdən çıxmamaları tövsiyə edilib.
Təhlükəsizlik qüvvələrinin vəziyyəti nəzarətdə saxladığı bildirilib.
Anar TAĞIYEV