Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputatlar parlamentlərarası əməkdaşlıq üzrə qlobal forumda iştirak edəcək

Deputatlar parlamentlərarası əməkdaşlıq üzrə qlobal forumda iştirak edəcək


Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və parlament Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov noyabrın 30-da keçiriləcək Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Parlamentlərarası Əməkdaşlıq üzrə İkinci Qlobal Forumda iştirak etmək üçün Özbəkistanın Daşkənd şəhərinə səfər edəcəklər.

Newscenter.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, forumda dayanıqlı inkişaf sahəsində qarşıya qoyulan məqsədlərə və vəzifələrə nail olmaq üçün qanunvericiliyin təkmilləşdirilməsi və parlamentlərarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Səfər dekabrın 3-də başa çatacaq.

Sona
Xəbəri paylaş