“Beynəlxalq İdman Şəbəkəsi Təşkilatı (ISNO) Dünya Alpagut Federasiyasını (WAF) rəsmi üzvlüyə qəbul etdi. Qurumun Baş katibi Marko Tomasini Bakıya etdiyi səfər çərçivəsində Dünya Alpagut Federasiyasının rəhbərliyi ilə görüşərək əməkdaşlıq üçün geniş müzakirələr aparıb və təkliflər irəli sürüb. Radison Hotelin konfrans salonunda təşkil olunan əməkdaşlığa dair görüş zamanı Marko Tomasini ISNO təşkilatı ilə bağlı ətraflı məlumat verib, qarşılıqlı daha ciddi əməkdaşlıq üçün DAF-ın ISNO-ya rəsmi üzvlük sertifikatını təqdim edib”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Dünya Alpagut Federasiyasını prezidenti, millət vəkili Jalə Əhmədova səsləndirib. Millət vəkili bildirib ki, DAF 7 ay əvvəl ISNO təşkilatına müraciət etmişdi:
“Prosedur araşdırmalarından sonra təşkilat, DAF-ı rəsmi üzv etmək üçün müsbət qərar qəbul edib”.
Jalə Əhmədova xatırladıb ki, Beynəlxalq İdman Şəbəkəsi Təşkilatı (ISNO) öz üzvlərinə yardım göstərmək məqsədi ilə İsveçrədə yerləşən idman təşkilatları tərəfindən yaradılan qeyri-kommersiya təşkilatıdır:
“Təşkilatın məqsədi, İdman şəbəkəsi vasitəsilə yardım (idarəetmə, konsaltinq, sığorta, ümumi xidmətlər, idarəçilik və milli və beynəlxalq tanınmaya nail olmaq üçün konsaltinq), bir-birinə kömək etmək üçün üzvlər vasitəsilə şəbəkə yaratmaqla üzvlərə məqsədlərinə çatmaqda kömək etmək, təşkilatlarının idarə edilməsinə dəstək olmaqdır”.
R.Mehdiyeva