Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gərəkli bəşəri tədbir keçirildi

Gərəkli bəşəri tədbir keçirildi


Dövlətlərarası münasibətlər müxtəlif tədbirlərlə davam edir, möhkəmlənir, təkmilləşir. Müxtəlif dövlətləri birləşdirən Zirvə görüşləri də belə tədbirlərdəndir.

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına – SPECA-ya hazırda Azərbaycan sədrlik edir. Bu il SPECA-nın 25-ci ildönümüdür. Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvəti ilə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak etdi.

Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bildirdi ki, “Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. SPECA-ya üzv ölkələrində isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur”. Bu qənaət həm dönməz, dayanıqlı sülhün bəşəri mahiyyətini bir daha xatırlatmaq, gələcəkdə bu istiqamətdə fəaliyyətləri koordinasiya etmək niyyəti kimi dinlənildi.

“SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir” informasiyası belə təşəbbüslərin gərəkliyinə zamanətdir.

Ermənistan işğalçı dövlət idi və İkinci Qarabağ müharibəsində məğlub oldu. İşğalçının məğlubiyyəti Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi ilə nəticələndi. BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşündə Azəbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dedi: “Ermənistan öz öhdəliklərini yerinə yetirmədi. Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti qalmaqda idi. Onlar tərəfindən törədilmiş hərbi təxribatlar nəticəsində hərbçilərimiz həlak oldular”.

Azərbaycan işğaldan azad edilmiş ərazilərində quruculuq işləri aparmaqdadır. Bu, Böyük Qayıdışın başlanğıcıdır. Ölkə başçımız BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə qeyd etdi ki, “Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq”...

Zirvə görüşü son illərin bəşəri niyyətlər baxımından gərəkli tədbirlərindən biri kimi tarixləşdi...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı


Xəbəri paylaş