Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Newscenter.az DGK-ya istinadən bildirir ki, idarənin əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusundan gömrük orqanına bəyan olunmamış 18 karton qutudan 147 adda külli miqdarda dərman preparatları aşkar olunaraq götürülüb.
R.Mehdiyeva