Türkiyənin xarici işlər naziri Hakan Fidan İspaniyanın Barselona şəhərində İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani və İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ilə görüşüb.
Newscenter.az-ın xəbərinə görə. nazirliyin X sosial media hesabında yer alan məlumata görə, Hakan Fidanın İtaliya və İspaniyadan olan həmkarları ilə görüşü Aralıq dənizi İttifaqı 8-ci Regional Forumu çərçivəsində baş tutub.
XİN rəhbərlərinin görüşü zamanı əsas müzakirə mövzusu Qəzzadakı vəziyyət olub.
Anar TAĞIYEV