"Müharibələrə taktiki olaraq atəşkəs elan edilməsi normal haldır. Bu, döyüşən tərəflərin müəyyən tələbatlarını ödəmək üçün istifadə edilir. Ordunun təminatında, yerdəyişməsində yaranmış problemlər həll edilir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov İsrail ilə HƏMAS arasında əldə edilmiş müvəqqəti atəşkəsi şərh edərkən səsləndirib. O bildirib ki, bu müddət ərzində girov dəyişməsi prosesi də vacib şərtlərdəndir:
"Bu baxımdan atəşkəs tərəflərin hər ikisinə də yarayır. Amma hesab edirəm ki, daha çox Israil tərəfi bu atəşkəsdən yararlanır. İsrail ordu rəhbərliyi atəşkəsdən sonra aparılacaq əməliyyatların planını artıq təsdiq edib".
Azər Qasımov hesab edir ki, İsrail planlaşdırdığı addımlarını həyata keçirməyincə geri durmayacaq:
"HƏMAS bölgədən yox edilməlidir. Onun ərazidə qalması aparılan əməliyyatların mənasını heçə endirəcək. Odur ki, İsrail Qəzzanın idarəsini tam əlinə almayınca geri durmayacaq".
Anar Əliyev