İyirmi ildən artıqdır ki, Azərbaycan diasporunun həyatında başlayan yeni mərhələ lobbiçilik fəaliyyətinə keçid üçün real imkanlar yaratsa da, lakin hələ də bu istiqamətdə vəziyyət ürəyimizcə deyil. Bəziləri bunu diasporumuzun yarıtmaz fəaliyyəti, bəziləri isə təsadüfi adamların diaspor işi ilə məşğul olmasıyla əlaqələndirir. Dünya Azərbaycanlıları Assambleyasının (DAA) prezidenti Rəşad Quliyev də elə bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, Rəşad Quliyev deyib ki, biz lobbiçilik işində çox-çox geridəyik. DAA prezidentinin sözlərinə görə, mütləq antiazərbaycan fəaliyyətlərinin qarşısını almaq üçün yumurta boyamaq, ehsan vermək fəaliyyətindən və ya Azərbaycan Evi açıb orada nərd çempionatı keçirmək siyasətindən imtina etməliyik:
"Real və təsiredici mexanizmlərə əl atmalıyıq".
Anar Əliyev