Ədliyyə Nazirliyi tərəfindən istifadəyə verilən növbətçi notariat ofisləri tərəfindən bu günə qədər 2 milyon 374 min 653 əməliyyat həyata keçirilib.
Newscenter.az Türkiyənin Ədliyyə Nazirliyinə istinadən bildirir ki, bu müddət ərzində həmçinin növbətçi notariuslar tərəfindən 1 milyon 593 min 290 ikinci əl avtomobil satışı, 163 min 140 ilkin qeydiyyat əməliyyatı aparılıb.
Məlumat üçün qeyd edək ki, 6 aprel 2019-cu il tarixindən Türkiyə Notariuslar Birliyi ilə birgə həyata keçirilən iş nəticəsində başlanan və notariat kontorlarının həftə sonları xidmət göstərməsinə şərait yaradan “növbətçi notarius” 2020-ci ilin mart ayında Covid-19 epidemiyasına görə 1,5 il bağlı işləməsə də, 31 iyul 2021-ci ildən yenidən fəaliyyətini bərpa etdi.
Növbətçi kimi təyin edilmiş notariuslar bütün vilayətlərdə həftə sonları nahar fasiləsi olmadan saat 10.00-16.00 arasında xidmət göstərirlər.
Anar TAĞIYEV