Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada ölü sayı 15 mini keçdi

Qəzzada ölü sayı 15 mini keçdi


İsrailin Qəzza zolağına oktyabrın 7-dən başlanan hücumları nəticəsində 6 min 150-dən çoxu uşaq, 4 mindən çoxu qadın olmaqla ümumilikdə 15 min nəfər həyatını itirib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hücumlar nəticəsində həmçinin 70 jurnalist, 207 səhiyyə işçisi və 26 mülki müdafiə əməkdaşı həlak olub. Bu müddət ərzində 36 min nəfər xəsarət alıb ki, onların da 75 faizi qadın və uşaqlardan ibarətdir.

İtkin düşənlərin sayının isə 7 min nəfər olduğu bildirilir. Onların da 4700 nəfərini qadın və uşaqlar təşkil edir.

Anar TAĞIYEV
Xəbəri paylaş