Hazırda Türkiyədə 80 min beynəlxalq şirkət fəaliyyət göstərir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, cari ilin 9 ayı ərzində ölkəyə 93 yeni investisiya layihəsi daxil olub.
Məlumata görə, nəqliyyat və anbar sektoru 17 layihə ilə birinci, sənaye avadanlıqları sektoru isə 9 layihə ilə ikinci yerdə qərarlaşıb. Proqram təminatı və informatika, qida və içki, kimya, avtomobil avadanlığı, keramika və şüşə, plastik və biznes xidmətləri də önə çıxan sektorlar olub. Fəaliyyət növlərinə görə 40 layihə ilə istehsalat, 30 layihə ilə satış və marketinq, 4 layihə ilə regional idarəetmə mərkəzləri, 3 layihə ilə biznes xidmətləri birinci yerdədir.
Ən çox investisiya yatıran ölkələr sırasında ABŞ, Almaniya, Fransa, İtaliya, Çin , Yaponiya, Hollandiya və Birləşmiş Ərəb Əmirlikləri yer alır.
Natiq Orucov