Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ dövlət katibinin köməkçisi: “Azərbaycanla Ermənistan arasında sülh üçün real imkan görürük”

ABŞ dövlət katibinin köməkçisi: “Azərbaycanla Ermənistan arasında sülh üçün real imkan görürük”


“Biz Azərbaycan və Ermənistan üçün sülhə nail olmaq üçün real imkan görürük”.

Newscenter.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O Brayn bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Hər iki tərəfin bir-biri ilə birbaşa və vasitəçilərlə danışıqlar aparması bizi ruhlandırır. Bunun sayəsində (hər iki tərəfin danışıqları-red) regiona fayda üçün real imkan görürük. Məsələn, Mərkəzi Asiyadan ticarət Azərbaycan və Ermənistandan Türkiyəyə keçsə, bu, ticarət yolu üzərində yerləşən bütün ölkələr üçün əhəmiyyətli təkan olacaq.

Bilirik ki, onlar tezliklə sülh sazişinin əldə olunmasında maraqlı olduqlarını bildiriblər və biz bunun baş tutmasını istərdik”, - ABŞ dövlət katibinin köməkçisi deyib.

Anar TAĞIYEV
Xəbəri paylaş