Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağ Evin qarşısında Qəzza üçün aclıq aksiyası başladı

Ağ Evin qarşısında Qəzza üçün aclıq aksiyası başladı


Birləşmiş Ştatlarda Qəzza üçün aclıq aksiyasına başlanılıb.

Newscenter.az-ın
"Haber Global"-a istinadən verdiyi xəbərə görə, okeanın o tayında bir qrup siyasətçi, fəal və aktyor Qəzzada “daimi atəşkəs” tələbi ilə Ağ Ev qarşısında 5 günlük aclıq aksiyasına başlayıb. İştirakçılar, "Fələstinlilərin öldürüldüyünü, bombalandığını, eyni zamanda aclığa məhkum edildiyini vurğulamaq üçün bu aclıq aksiyasına başladıq",-deyə bildriblər.

Amerikalı aktrisa Sintia Nikson Ağ Ev qarşısında başladığı aclıq aksiyası ilə bağlı Nyu-York və Delaver kimi ştatların yerli siyasətçiləri və aparıcı müsəlman qeyri-hökumət təşkilatlarının fəalları da qoşulub.


Anar Əliyev
Xəbəri paylaş