Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avtobusun aşması 18 nəfərin həyatına son qoydu

Avtobusun aşması 18 nəfərin həyatına son qoydu


Efiopiyada sərnişin avtobusunun aşması nəticəsində 18 nəfər həyatını itirib. Həmçinin qəza zamanı avtobusda olan 14 nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə ölkənin Milami şəhərində baş verib. Sürücünün idarəetməni itirməsi avtobusun yol kənarındakı quyuya aşmasına səbəb olub.

Milami şəhərindən Vayu bölgəsinə gedən sərnişin avtobusunun qəzaya uğraması ilə əlaqədar cinayət işi açılıb.

Anar TAĞIYEV

Xəbəri paylaş