Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir neçə rayonda qanunsuz ağac kəsintisi ilə bağlı cinayət işləri açılıb

Bir neçə rayonda qanunsuz ağac kəsintisi ilə bağlı cinayət işləri açılıb


Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın 8 şəhər və rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə araşdırma aparılıb.

Bu barədə Newscenter.az-a Baş Prokurorluqdan məlumat verilib.

Araşdırmalar zamanı Xaçmaz rayonunun Palçıqoba kəndi, Zaqatala rayonunun Muğanlı kəndi, Qusar rayonunun Avaran-Qışlaq kəndi, Şəmkir rayonunun Dəllər qəsəbəsi, Tovuz rayonu, İsmayıllı və Kəlbəcər şəhəri ərazisində, həmçinin Bakı şəhərində Nərimanov rayonunun Faiq Yusibov küçəsi 45, Səbail rayonunun Badamdar, Suraxanı rayonunun Əmircan qəsəbələrində ümumilikdə 378 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 90 min manatdan artıq ziyan dəyməsi müəyyən edilib.

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.3 və 259.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə, xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Mehman Mehdiyev
Xəbəri paylaş