ABŞ-nin dövlət katibi Antoni Blinkenlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığında Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması üzrə səylər müzakirə olunub.
Newscenter.az xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.
Dövlət katibi ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması səylərini dəstəklədiyni bildirib.
A.Blinkren Ermənistanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini də bəyan edib. O, Ermənistanla ABŞ arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsini də vurğulayıb.(report)