Elm və texnologiya inkişaf etdikcə dilimizə yeni sözlər, yeni ifadələr gəlir. Bir çox hallarda bu ifadələri işlətmək bizim üçün heç də arzuedilən olmasa da, lakin məcburiyyətdən dolayı onu ifadə edirik.
Müasir dövrümüzün dilimizə, gündəlik həyatımıza gətirdiyi yeni ifadələrdən biri də Borderline şəxsiyyət pozuntusudur. Bəs bu problıem insanda hansı fəsadlara yol açır?
Newscenter.az-ın xəbərinə görə, psixoloq Ülviyyə Murtuzova deyir ki, Borderline şəxsiyyət pozuntusu ümumi populyasiyanın 2-3% -ni təşkil edir. Psixoloqun sözlərinə görə, bu ciddi və qarışıq şəxsiyyət pozuntusudur:
"Əvvəllər bu pozuntu şizofreniya ilə əlaqələndirilirdisə, hazırkı tədqiqatlar depressiya və diğər affektiv pozuntularının, diqqət defisiti fonunda hiperaktivlik sindromu kimi impulsiv pozuntuların daha çox qatqisinın olduğunu göstərir. Bu insanlar duyğularını nizamla və reflekslərini idarə etməkdə çətinlik yaşayırlar. Refleks və duyğuları daha çox aqressiya, özünü və başqalarını yaralamaq, intihar davranışı şəklində özünü göstərir".
Ülviyyə Murtuzova deyib ki, Borderlineların əksəriyyəti intihar səbəbindən həyatını sonlandırırlar:
"Depressiya və təşviş pozuntusu geniş müşahidə olunur, bir qismində hətta asılılıq problemi olur".
Anar Əliyev