Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyaya yeni virus yayıla bilər

Dünyaya yeni virus yayıla bilər


Dünyada yeni qorxulu virus yayıla bilər. Newscenter.az xəbər verir ki, Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) belə bir iddia ilə çıxış edib.

Agentlikdən verilən açıqlamada bildirilib ki, ölkədə donuzlarda aşkar edilən A(H1N2)v tipli qrip virusuna ilk dəfə insanda da rast gəlinib.

Açıqlamada infeksiyanın mənbəyini müəyyən etmək üçün araşdırmaların davam etdiyi və xəstə ilə təmasda olan insanların nəzarətdə saxlandığı qeyd edilib. Həmçinin yoluxucu simptomlar göstərən şəxslərlə təmasda olan şəxslərin müayinədən keçmələri tövsiyə edilib.

Məlumata görə, İngiltərədə aşkar edilən A(H1N2)v virusunun dünyadakı digər A(H1N2)v viruslarından fərqlidir və bu virus İngiltərədə donuzlarda rast gəlinən qripə bənzəyir.


Anar TAÖIYEV
Xəbəri paylaş