Göyçay Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən keçirilən səyyar qəbullarda vətəndaşlar tərəfindən edilən müraciətlər nəzarətə götürülür və həlli istiqamətində müvafiq tədbirlər görülür.
Newscenter.az Rayon İcra Hakimiyyətinə istinadən bildirir ki, mart ayının 9-da rayonun Ulaşlı Şıxlı kəndində keçirilən səyyar qəbul zamanı kənd sakini Abdullayev Ziyafəddin Ziyəddin oğlu Ulaşlı Şıxlı tam orta məktəb üçün yeni bina inşa olunduqdan sonra əvvəlki məktəbin ərazisində təmirdən sonra qalmış söküntülərin ərazidən daşınması və uşaqların həmin ərazidə oynamaları üçün şərait yaradılması barədə müraciət edib.
Vətəndaşın müraciətinə əsasən rayon icra hakimiyyətinin başçısının Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və kənd bələdiyyəsinin təşkilatçılğı ilə əvvəlki məktəbin ərazisinə texnika cəlb edilərək söküntlərdən təmizlənməsinə və uşaqların asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə ərazidə abadlıq işləri aparılır.
Anar Əliyev