“Heydər Əliyev dərsləri” çərçivəsində növbəti seminar Nəsimi rayonu üzrə keçirilib.
Newscenter.az xəbər verir ki, seminarda Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, İdarənin YAP ərazi təşkilatının sədri Sevinc Rəsulova, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
Seminar Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
YAP Nəsimi Rayon Təşkilatının sədri A.Süleymanov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranması, fəaliyyəti və keçdiyi inkişaf yolu barədə danışıb.
İdarənin YAP ərazi təşkilatının sədri S.Rəsulova “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf strategiyası” mövzusunda şagirdlərlə qarşılıqlı müzakirə formatında qurulan interaktiv məruzə ilə çıxış edib. S.Rəsulova Ulu Öndərin Azərbaycan təhsilinin inkişafındakı xidmətlərindən bəhs edərək onun bu istiqamətdə atdığı addımlardan söz açıb. Bildirib ki, elm və təhsil Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə əhatəli quruculuq yoluna qədəm qoyub.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini G.Verdiyeva Azərbaycanın dünya birliyində artan rolu ilə təhsilin qarşılıqlı əlaqəsindən bəhs edib.
Daha sonra seminar iştirakçıları məktəbliləri düşündürən suallara aydınlıq gətiriblər.
R.Mehdiyeva