İsveçrənin SWISS Hava Yollarına məxsus təyyarələrin texniki xidmətini Türk Hava Yollarının (THY) texnik heyəti həyata keçirəcək
Newscenter.az Türk Hava Yollarına istinadən bildirir ki, ilkin olaraq şirkət İsveçrənin "Swiss Airlines" şirkətinə məxsus 7 ədəd "Airbus" A330 təyyarəsinin texniki xidmətlərini reallaşdıracaq. Bununla əlaqədar artıq tərəflər arasında müqavilə də imzalanıb. Müqavilə çərçivəsində ilk təyyarənin texniki xidmətinə bu ay başlanacaq.
Qalan təyyarələrə isə önümüzdəki aylarda THY-nin İstanbuldakı müəssisələrində texniki qulluq göstəriləcək.
Natiq Orucov