Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məşhur marketlər şəbəkəsində ürəkbulandıran mənzərə

Məşhur marketlər şəbəkəsində ürəkbulandıran mənzərə


Türkiyənin məşhur supermarketlər şəbəkəsindən birində ürəkbulandıran mənzərə qeydə alınıb.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, hadisə "Karaman BİM"-də baş verib. Supermarket şəbəkəsinin Sakaryanın Adapazarı rayonunda yerləşən bölməsində alış-veriş edən müştərilərdən biri içəridə siçovulla qarşılaşıb.

Gördüyü mənzərədən şoka düşən vətəndaş bu iyrənc mənzərəni telefonunun kameralarının yaddaşına köçürə bilib. Vətəndaş mobil telefonu ilə həmin anları saniyə-saniyə lentə alıb.

Hələlik isə supermarket şəbəkəsinin rəhbərliyi baş verənlərlə bağlı hansısa açıqlama verməyib.

Sona
Xəbəri paylaş