Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ Universiteti Qarabağı dünyaya daha yaxından tanıdacaq

Qarabağ Universiteti Qarabağı dünyaya daha yaxından tanıdacaq


«Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Xankəndidə Qarabağ Universitetinin yaradılması tarixi əhəmiyyətli bir hadisədir. Xankəndidə belə bir universitetin yaradılması mühüm əhəmiyyətə malikdir».

Newscenter-az xəbər verir ki, bu fikirləri «Təhsilə Dəstək və Maarifləndirmə» ictimai birliyinin sədri Süleyman İsmayilbəyli səsləndirib. İctimai birlik sədri deyib ki, Qarabağ Universitetində əsas etibarilə xarici ölkə gənclərinin təhsil almasına imkan yaradılmalıdır:

«Hətta bunun üçün xarici ölkə gənclərinə müəyyən güzəştlər də tətbiq etmək olar. Necə ki, Türkiyə, Şimali Kipr Türk Respublikasında xarici ölkə gənclərinə anoloji güzəştlər tətbiq edilir».

Süleyman İsmayilbəyli deyib ki, bu imkanlardan istifadə edərək Qarabağı dünyada daha yaxından tanıda, bu ərazinin tarixi Azərbaycan torpaqları olduğu gerçəkliyini onlara bir daha aşılaya bilərik».
İctimai birlik sədri hesab edir ki, Qarabağ Universitetini bitirən xarici ölkə gəncləri gələcəkdə Azərbaycanın bu və ya digər ölkələrdə lobbisi funksiyasını yerinə yetirə bilərlər.

Anar Əliyev
Xəbəri paylaş