Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəqəmsal summativ qiymətləndirmələr keçirilir

Rəqəmsal summativ qiymətləndirmələr keçirilir


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki bir sıra ümumi təhsil müəssisələrində rəqəmsal summativ qiymətləndirmələr keçirilir.

Newscenter.az xəbər verir ki, rəqəmsal summativ qiymətləndirmələr Microsoft TEAMS proqramı vasitəsilə aparılır.

Sualların tərtib olunması və qiymətləndirmə prosesi məktəb rəhbərliyi və müvafiq fənn müəllimləri tərəfindən həyata keçirilir. Şagirdlər nəticələri barədə yerində məlumat əldə edirlər.

Qeyd edək ki, rəqəmsal summativ qiymətləndirmə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin kollegiya qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası”na əsasən keçirilən ənənəvi summativ qiymətləndirmələrin müvafiq proqram təminatından istifadə edərək təşkilidir.

Rəqəmsal summativ qiymətləndirmələr tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində texniki təminat və internet olduğu təqdirdə IV-XI siniflərdə bütün fənlər üzrə (fiziki tərbiyə, təsviri incəsənət, musiqi, gənclərin çağırışaqədərki hazırlığı, texnologiya istisna olmaqla) aparılır.

Rəqəmsal summativ qiymətləndirmələrin keçirilməsinin əsas məqsədləri təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi, təhsilalanların nəticələrinə dair çevik hesabatlılığın aparılaraq fərdi yanaşmanın təmin olunması, valideyn və qanuni nümayəndələrə təhsilalanın nailiyyətini izləmə imkanlarının yaradılması, təhsilalanların rəqəmsal keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarına hazırlığının təmin edilməsi və ümumi təhsil müəssisələrində kağız israfının qarşısının alınmasından ibarətdir.

R.Mehdiyeva
Xəbəri paylaş