Şəkidə obyektə ov tüfəngi ilə atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Newscenter.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Noyabrın 28-də saat 19:30 radələrində Şəki şəhərində yerləşən obyektlərdən birinə naməlum şəxs tərəfindən ov tüfəngi ilə atəş açılması barədə şəhər-rayon polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən Şəki şəhər sakini, 1989-cu il təvəllüdlü Səmədov Famil Abduləli oğlu saxlanılıb.
Ondan hadisə zamanı istifadə etdiyi tüfəng maddi sübut kimi götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Mehman Mehdiyev