Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıtda yanğın olub, xəsarət alan var

Sumqayıtda yanğın olub, xəsarət alan var


Sumqayıt şəhərində ümumi sahəsi 20 m² olan taxta konstruksiyalardan ibarət qarajın yanar konstruksiyaları, “Mercedes” markalı mikroavtobusun yanar hissələri və yaxınlıqda 10 ədəd ağac yanıb.

Newscenter.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mehman Mehdiyev
Xəbəri paylaş