Cari ilin 10 ayında Türkiyədən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrə ixracın həcmi 5,6 milyard dollara çatıb.
Newscenter.az Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən bildirir ki, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz çoxdur. Belə ki, 2022-ci ilin eyni dövründə Türkiyədən TDT ölkələrinı ixracat 4,8 milyard dollar təşkil edib.
Beləliklə, yanvar-oktyabr aylarında Qazaxıstan, Özbəkistan və Qırğızıstana bütün zamanların ən yüksək ixracı həyata keçirilib.
Qeyd olunan müddət ərzində kimya maddələri və məhsulları sektorunda 981,6 milyon dollarlıq ixrac qeydə alınıb.
Natiq Orucov