Türkiyədə növbəti avtobus qəzası baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə İzmirdə qeydə alınıb. Belə ki, İzmirin Bayraklı rayonunda avtobusla minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Vəfat edən şəxs avtomobilin sürücüsü olub.
Qəza nəticəsində xəsarət alan avtobus sürücüsü və avtomobildə olan bir nəfər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Baş vermiş hadisə ilə əlaqədar olaraq araşdırma aparılır.
Anar TAĞIYEV