Türkiyədə Fətullahçı Terror Qruplaşması (FETÖ) və PKK-nın siyasi qanadı PYD silahlı terror təşkilatına qarşı mübarizə davam edir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, polis və digər hüquq-mühafizə orqanlarının birgə keçirdikləri əməliyyat nəticəsində terror təşkilatına işləməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb. Ankara Baş Prokurorluğu tərəfindən onlar barəsində həbs qərarı çıxarılıb.
Terror təşkilatı üzvlərinin Quru Qoşunları Komandanlığının tərkibində yerləşən və "məxfi xidmətlər" şöbəsi kimi adlandırılan struktura sirayət etməyə çalışdıqları bildirilir.
Anar TAĞIYEV