Türkiyənin Türk Dövlətləri Təşkilatı (TDT) sırasında ən çox ixracatı Azərbaycana olub.
Newscenter.az Türkiyə İxracatçılar Məclisinə istinadən bildirir ki, cari ilin 10 ayı ərzində Azərbaycana olan ixracat 1,8 milyard dollar təşkil edib. Eyni dövrdə Qazaxıstana 1,5 milyard dollar, Özbəkistana 1,4 milyard dollar, Qırğızıstana isə 884,7 milyon dollarlıq ixracat olub.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə ən yüksək tələbat Türkiyənin kimya sənayesinə olub. Belə ki, kimyəvi maddələr və məhsullar sektoru TDT ölkələrinə ən çox ixracat edib.
Natiq Orucov