Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uzadılmış iki günlük humanitar atəşkəsdən sonra Qəzzada hərbi əməliyyatlar davam edəcək

Uzadılmış iki günlük humanitar atəşkəsdən sonra Qəzzada hərbi əməliyyatlar davam edəcək


"Rəsmi Təl-Əvivin bəyanatları əsas verir ki deyək, uzadılmış iki günlük humanitar atəşkəsdən sonra hərbi əməliyyatlar davam edəcək".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, İsrail və Fələstinin radikal HƏMAS hərakatı Misir və Qətərin vasitəçiliyi ilə Qəzza zolağında humanitar atəskəsin daha iki gün uzadılmasına razılıq verdilər:

"Bu razılaşma sazişində həmçinin girovların dəyişdirilməsi prosesi də daxil edilərək, 20 israilli və 60 fələstinlinin azad edilməsi prosesi də həyata keçirilir. ABŞ prezidenti Co Baydenin Qəzzada HƏMAS ilə İsrail arasında əldə olunan atəşkəsin daha iki gün uzadılmasına böyük zəhmət verdiklərini açıqlaması, bir daha əsas verir ki, İsrail hərbi əməliyyatların davam etməsində maraqlıdır və hərbi əməliyyatların davam edəcəyi ehtimalı daha çoxdur. Həmçinin İsrailin müdafiə naziri Galantın son bəyanatını burada qeyd etməmək olmaz. Çünki, onun bəyanatı hər zaman olduğu kimi indi də çox sərt oldu. Galant humanitar atəşkəsdən dərhal sonra hərbi əməliyyatların bütün Qəzzanı daha böyük həcmdə əhatə edəcəyini bildirib".

Ekspertin sözlərinə görə, bütün bunlar onu göstərir ki, müharibənin davam etməməsi üçün hələlik heç bir razılaşma yoxdur:

"Amma bu o anlama gəlmir ki, bu istiqamətdə heç bir iş aparılmır".

Anar Əliyev
Xəbəri paylaş