Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2023-cü ilin ən uğursuz iqtisadi qərarı nə oldu?

2023-cü ilin ən uğursuz iqtisadi qərarı nə oldu?


Başa çatmaqda olan 2023-cü illə bağlı müxtəlif fikirlər, siyasi və iqtisadi dəyərləndirmələr aparılır, cari ilin nə dərəcədə uğurlu olub-olmadığı təhlil edilir. Bəziləri bu ilin iqtisadi baxımdan səmərəli, bəziləri isə uğursuz olduğu qənaətindədirlər.

Newscenter.az-ın xəbərinə görə, iqtisadçı Eldəniz Əmirov deyib ki, 2023-cü ilin ən uğursuz iqtisadi qərarı depozit faizlərindən gələn gəlirlərin vergiyə cəlb edilməsi oldu:

"Hazırda geriyə müəyyən addımlar atılsa da, hələki depozitlərin geri çəkilməsi davam edir. Son bir ayda 140 milyon manatdan çox vəsait geri çəkildi".

İqtisadçının sözlərinə görə, 2024-cü ildən qismən güzəştlər tətbiq edilməsi nəzərə alınsa da, bu 2016-cı ildə edilmiş güzəştlər tamlıqla bərpa edilməyincə nəticə ürəkaçan olmayacaq:

"Hazırda əhali əmanətləri uğrunda kommersiya bankarı ilə daşınmaz əmlak bazarı arasında qeyri-adi mübarizə gedir. Daşınmaz əmlak bazarının tənzimlənməyən azad iqtisadi formatı, bankların tənzimlənən formatına qalib gəlməkdə davam edir. İnsanlar bankları yox, daşınmaz əmlakı seçir. Bunu hər iki istiqamətdə olan statistika təsdiq edir.
Diqqətdən qaçırmaq olmaz ki, bu mənzərə tikinti nəhəngləri üçün əlverişli mühit yaradır və onları məmnun edir".

Anar Əliyev
Xəbəri paylaş