AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilir.
Newscenter.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin AMEA-nın Rəyasət Heyətinin binasında yerləşən büstü önünə tər güllər düzülüb.
İclası AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.
Akademiyanın prezidenti, akademik İsa Həbibbəyli “AMEA-da yeniləşmə prosesləri: struktur islahatlarından elmi-tədqiqatların yenidən təşkilinə, elektron hərəkata və beynəlxalq elmi qurumlarda təmsil olunmağadək” mövzusunda məruzə ilə çıxış edir.(report)