Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avtobus dərəyə aşıb, ölən və yaralananlar var

Avtobus dərəyə aşıb, ölən və yaralananlar var


Boliviyada ağır yol qəzası xeyli sayda insanın ölümü və xəsarət almasına yol açıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, mikroavtobusun dərəyə aşması nəticəsində 6 nəfər ölüb, 7 nəfər yaralanıb. Yaralılar bölgədəki xəstəxanalara aparılıb.

Məlumata görə, mikroavtobus La Pazın Koroiko qəsəbəsindəki Los Yunqas şossesində təxminən 200 metrdən dərəyə yuvarlanıb. Qəzaya sıx duman qatının olduğu və bu səbəbdən yolda görünüş məsafəsinin azaldığı səbəb kimi göstərilir.

Rəsmi rəqəmlərə görə, ilin əvvəlindən ölkədə baş verən yol qəzalarında 1400-dən çox insan həlak olub, 40 mindən çox insan xəsarət alıb.

Anar TAĞIYEV
Xəbəri paylaş