Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə Qarabağ Universitetinin yaradılması haqqında imzaladığı sərəncam cəmiyyətdə birmənalı olaraq müsbət qarşılanıb və dövlət başçısının məlum sərəncamı ictimaiyyətin müxtəlif təbəqələri əks etdirən nümayəndələri tərəfindən müsbət qarşılanıb.
Newscenter.az-ın xəbərinə görə, politoloq Zəlimxan Məmmədli də dövlət başçısının sözügedən sərəncamını mühüm hadisə kimi xarakterizə edib.
Zəlimxan Məmmədli deyib ki, Xankəndidə Dövlət Universitetinin yaradılması mühüm hadisədir:
"Bu münasibətlə xalqımızı təbrik edirəm. Qarabağı siyasi və elm mərkəzinə çevrməliyik".
Zəlimxan Məmmədli, həmçinin bəzi müvafiq nazirliklərin Qarabağa köçürülməsini də təklif edir:
"Bir sıra nazirliklərin Laçında, Kəlbəcərdə və digər uyğun rayonlarda yerləşdirilməsini vacib hesab edirəm",-deyə Zəlimxan Məmmədli vurğulayıb.
Anar Əliyev