Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Quraqlıq səbəbindən 216 milyon insan köç etməli olacaq

Quraqlıq səbəbindən 216 milyon insan köç etməli olacaq


Dünyada getdikcə artan quraqlıq insanları bir yerdən başqa yerə köçməsi məcburiyyətində qoyur.

Newscenter.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Səhralaşma ilə Mübarizə Konvensiyası çərçivəsində hazırlanan "2022 Quraqlıq Rəqəmləri" hesabatında qeyd edilir.

Hesabatda bildirilir ki, 2050-ci ilə qədər quraqlıq səbəbindən dünya üzrə 216 milyon insanın miqrasiya etməli olacaq. Mütəxəssislər ən çox təsirlənəcək bölgələrin Aralıq dənizi, Şimali Afrika və Yaxın Şərq olduğunu deyirlər.

Hesabatda o da qeyd edilir ki, quraqlıq hər il dünyada 55 milyon insana təsir edir. 2000-2019-cu illərdə 1,4 milyard insanın həyatını çətinləşdirən quraqlıq, sel daşqını kimi təbii fəlakətdən sonra insanlara zərər vuran ikinci təbiət hadisəsidir. Quraqlığın son 100 ildə 10 milyondan çox insanın ölümünə səbəb olduğu vurğulanır.

Anar TAĞIYEV
Xəbəri paylaş