Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əli İnsanov bu davranışla yalnız özünü sındırır və tükədir

Əli İnsanov bu davranışla yalnız özünü sındırır və tükədir


Sabiq səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq Ədalət Partiyasında narazılıqlar getdikcə pik həddə çatır. Bir müddət əvvəl bir qrup şəxsin HƏP sıralarını tərk etməsindən sonra ötən gün partiyanın Ali Məclisinin sədri Zəlimxan Məmmədli Haqq Ədalət Partiyasından istefa verib. Maraqlıdır ki, HƏP-i tərk edənlərin əksəriyyəti Əli İnsanovu sədr səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırır. Elə Zəlimxan Məmmədli də bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, Zəlimxan Məmmədli deyib ki, Əli İnsanovun sədr səlahiyyətindən sui istifadə edərək rəqib hesab etdiyi, intellektual, siyasi gücü susdurmağa, sındırmağa cəhd etməsi aqoniyanın, aqressiyanın, despotun, qısqanclığın, mənəvi-əxlaqi deqradasiyanın əlamətidir:

"Bu davranışla yalnız özünü sındırır və tükədir",-deyə Zəlimxan Məmmədli vurğulayıb.

Anar Əliyev
Xəbəri paylaş