Keçən ay Türkiyədə enerji idxalına sərf edilən vəsait 27,8 azalıb.
Newscenter.az Türkiyənin Statistika Təşkilatına istinadən bildirir ki, qeyd edilən müddətdə enerji idxalı üçün sərf edilən vəsait 5 milyard 379 milyon 917 min dollar təşkil edib.
Oktyabr ayında Türkiyənin ümumilikdə idxalı isə əvvəlki ilin eyni ayına görə 0,6 faiz artaraq 29 milyard 390 milyon dollara çatıb.
Bu məbləğin 5 milyard 379 milyon 917 min dollarını enerji sektoruna daxil olan mineral yanacaqlar, mineral yağlar və onların distillə edilməsindən əldə edilən məhsullar, bitumlu maddələr, mineral mumlar təşkil edib. Ötən ilin oktyabr ayında bu rəqəm 7 milyard 451 milyon 432 min dollar olub.
Natiq Orucov