Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstana səfərinin vaxtı məlum olub.
Newscenter.az-ın xəbərinə görə, Türkiyə lideri 2023-cü il, dekabrın 7-də Yunanıstana səfər edəcək. Bu barədə məlumatı Rəcəb Tayyib Ərdoğan özü partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı verib.
Türkiyə lideri əmin olduğunu bildirib ki, Yunanıstan səfəri Ankara ilə Afina arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edəcək. Yunanıstanla Türkiyənin müəyyən problemlərinin olduğunu da açıq şəkildə etiraf edən Rəcəb Tayyub Ərdoğan "Yunanıstanla problemlərimiz bu gün də var, sabah da olacaq",-deyə vurğulayıb.
Anar TAĞIYEV