Türkiyədə şübhəli şəxs qismində saxlanılan İran vətəndaşlarının üzərindən 36 kilo 200 qram insan saçı aşkar edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Türkiyənin Ağrı vilayətində qeydə alınıb. 663 min lirə dəyərində olan insan saçını İran vətəndaşlarının hansı yolla ələ keçirdiyi istiqamətində araşdırma aparılır.
Qaçaqmalçılıqla mübarizə tədbirləri çərçivəsində saxlanılan İran vətəndaşlarının işi prokurorluğa göndərilib.
Anar TAĞIYEV