Bu ilin oktyabr ayında Türkiyənin ixracatında ilk yeri Almaniya tutub.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, oktyabr ayında Almaniyaya ixracat 1 milyard 763 milyon dollar təşkil edib. Sonrakı yerləri isə 1 milyard 322 milyon dollarla İraq, 1 milyard 254 milyon dollarla ABŞ, 1 milyard 115 milyon dollarla Birləşmiş Ərəb Əmirlikləri, 1 milyard 110 milyon dollarla İtaliya tutub. İlk 5 ölkəyə edilən ixracat ümumi ixracın 28,7 faizini təşkil edib.
Cari ilin 10 ayında da ixracatda Almaniya birinci yerdə qərarlaşıb. Bu müddət ərzində Almaniyaya ixracat 17 milyard 666 milyon dollar təşkil edib. Almaniyadan sonra isə 12 milyard 261 milyon dollarla ABŞ, 10 milyard 269 milyon dollarla İtaliya, 10 milyard 253 milyon dollarla İraq və 10 milyard 178 milyon dollarla Böyük Britaniya yer alıb.
Natiq Orucov