Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Qarabağ Universiteti" Azərbaycan təhsilinə böyük töhfələr verəcək!

"Qarabağ Universiteti" Azərbaycan təhsilinə böyük töhfələr verəcək!


Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə Qarabağ Universitetinin yaradılması ilə bağlı imzaladığı sərəncam təkcə ölkənin təhsil ictimaiyyəti deyil, ümumilikdə hər bir azərbaycanlı tərəfindən sevinclə, fərəhlə qarşılanıb.


Newscenter.az-ın
xəbərinə görə, ictimai-siyasi fəal Anar Salehoğlu sözügedən sərəncamla bağlı bildirib ki, işğaldan azad olunmuş ərazilərdə "Qarabağ Universiteti"nin yaradılması haqqında cənab prezident İlham Əliyevin sərəncamı xüsusi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, bu qərarla ölkə rəhbəri uzun illərdir təhsilin, elmin, mədəniyyətin tərk etdiyi torpaqlara inkişafı şərtləndirən amilləri yenidən qaytardı, bir növ Qarabağın yatmış ruhunu oyatdı:

"Yeni universitet yüksək ixtisaslı kadrlardan formalaşdırılmış elmi-pedaqoji kollektivi və müasir tələbələri ilə Azərbaycanın təhsil və elm sahəsinə yeniliklər gətirəcək, bu yolda böyük uğurlara imza atacaq. Mən buna tam əminəm!".

Anar Əliyev
Xəbəri paylaş