Rusiya Ukraynadakı müharibədə yüzlərlə təyyarə, minlərlə tank, eləcə də 300 mindən çox əsgər itirib".
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə məlumatı NATO-nun baş katibi Yens Stoltenberq verib. NATO Xarici İşlər Nazirləri Toplantısının sonunda təşkil edilən mətbuat konfransında alyansın baş katibi deyib ki, Rusiyanın ələ keçirdiyi bölgələrin 50 faizi Ukrayna ordusu tərəfindən geri alınıb.
Ukraynanın suveren dövlət kimi mövcudluğunu davam etdirdiyini və bunun ən mühüm nailiyyət olduğunu vurğulayan Stoltenberq Rusiyanın döyüşlərdə böyük itkilər verdiyini və iqtisadi cəhətdən zəiflədiyini deyib.
Stoltenberq Rusiyanın siyasi baxımdan təkcə Ukraynada deyil, Qafqazda və Orta Asiyada da təsirini itirdiyini söyləyib:
"Rusiya indi Çindən daha çox asılı vəziyyətə düşür. Moskva gələcəyini Pekinə girov qoyur",-deyə Hərbi Alyansın baş katibi bildirib.
Anar TAĞIYEV