Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Təhlükəsizlik Şurasının cari il üçün sonuncu toplatısı keçiriləcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, iclasda Qəzzada son vəziyyət, Fələstinə humanitar yardımın çatdırılması və terrorla mübarizə istiqamətindı atılan addımlar müzakirə olunacaq.
Prezident Rəcəb Tayyib Ərdoğanın Beştəpədəki iqamətgahında baş tutacaq toplantıda Türkiyənin Yaxın Şərqdə sülhü təmin etmək üçün göstərdiyi səylər də müzakirə ediləcək.
Anar TAĞIYEV