Vyetnamın Baş naziri Fam Minh Çin Türkiyəyə səfərə gəlib.
Newscenter.az-ın Türkiyə Prezidentinin İnformasiya və Kommunikasiya Müdirliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində vyetnamlı nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.
Görüş zamanı Türkiyə-Vyetnam əlaqələri, iqtisadi və ticari sahədə əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, eyni zamanda dünyada və regionda baş verən proseslər də müzakirə mövzusu olacaq.
Anar TAĞIYEV