Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə Çin mallarına tələbat artır

Türkiyədə Çin mallarına tələbat artır


Bu ilin oktyabr ayında Türkiyəyə idxal edilən mal və məhsullar arasında Çin ilk yerdə qərarlaşıb.

Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, keçən ay Çindən idxal 3 milyard 761 milyon dollar təşkil edib. Çindən sonrakı yerləri isə3 milyard 233 milyon dollarla Rusiya Federasiyası, 2 milyard 606 milyon dollarla Almaniya, 1 milyard 344 milyon dollarla İtaliya, 1 milyard 247 milyon dollarla ABŞ bölüşdürüb. Oktyabr ayında beşlikdə yer alan ölkələrdən Türkiyəyə edilən idxal ümumi idxalın 41,5 faizini təşkil edib.

Cari ilin 10 ayında da idxalda birinci yeri Çin tutub. Bu ilin 10 ayı ərzində Çindən idxal 38 milyard 156 milyon dollar olub. Ondan sonrakı yerlərdə isə 37 milyard 937 milyon dollarla Rusiya Federasiyası, 23 milyard 796 milyon dollarla Almaniya, 17 milyard 707 milyon dollarla İsveçrə, 13 milyard 87 milyon dollarla ABŞ yer alıb.

Natiq Orucov
Xəbəri paylaş