Əsasən işğaldan azad edilən ərazilərdə həyata keçirilən müəyyən şəhər və rayonların birləşdirilmə prosesinin paytaxt Bakıdan da yan keçməyəcəyi bildirilir.
Newscenter.az xəbər verir ki, birləşdiriləcək rayonlar arasında daha çox Abşeron rayonunun adı çəkilir. Saytımıza daxil olan Abşeron rayonunun Sumqayıt şəhərinə birləşdirilməsi nəzərdə tutulur. Həm ərazi, həm də məşğulluq baxımından sözügedən rayonunun daha çox Sumqayıt şəhəri ilə əlaqəli olduğu nəzərə alınaraq belə bir qərarın qəbul ediləcəyi bildirilir.
Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Respublikasının Milli Məclisi Binəqədi və Abşeron rayonlarının bəzi ərazilərinin Sumqayıtın inzibati ərazisinə verilməsinə dair layihəni təsdiqləyib. Layihəyə əsasən, Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.
Abşeron rayonunun Sumqayıt şəhərinə birləşdirilməsindən sonra müvafiq olaraq Abdin Fərzəliyev və Zakir Fərəcovun vəzifədən uzaqlaşdırılacağı və Sumqayıta yeni icra başçısı təyin ediləcəyi iddia olunur.
Anar Əliyev