Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin görüşünü faydalı hesab etmək olar

Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin görüşünü faydalı hesab etmək olar


Uzun müddətli aradan sonra Azərbaycanla Ermənistan arasında yüksəksəviyyəli təmaslara başlanıldı. Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən dalana dirənən müzakirələr üçün artıq yeni bir mühit yaranır. Hər halda iki ölkənin baş nazir müavinlərinin bu gün bir araya gəlməsi belə deməyə əsas verir.

Elə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoölu da bu qənaətdədir. Newscenter.az-ın xəbərinə görə, politoloq deyib ki, Azərbaycan və Ermənistan baş nazirlərinin sərhəd mövzularını müzakirə etmək məqsədilə növbəti görüşünü faydalı hesab etmək olar:

"Aydındır ki, bir görüşdən və ya görüşlər seriyasından nəticə çıxmayacaq. Bütün hallarda bu prosesi davam etdirmək lazımdır. Ümumiyyətlə Ermənistanı mümkün qədər daha çox birbaşa görüşlərə və müzakirələrə cəlb etməyə ehtiyac var. Bu yolla həm Ermənistanla razılaşmaya yaxınlaşmaq olar, həm də Azərbaycana qarşı müxtəlif istiqamətlərdən təzyiqləri neytrallaşdırmaq mümkündür. Çünki əgər iki tərəf daimi müzakirələr aparırsa, üçüncü tərəf bu müddətdə birtərəfli mövqeyi ilə vəziyyəti gərginləşdirməkdən çəkinmək məcburiyyətindədir".

Anar Əliyev
Xəbəri paylaş